REGİONLAR


Ağsuda payızlıq taxıl əkininə 115 texnika cəlb olunub

Ağsu, 12 oktyabr, AZƏRTAC

Ağsu rayonunda payızlıq taxıl əkininə ciddi hazırlıqlar başlanıb və bu mühüm kampaniyaya 115 ədəd texnika cəlb olunub ki, bundan 20-si səpin aqreqatıdır.

Bu barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, qısa vaxtda 600 hektarda səpin aparılıb. Bunun 400 hektarı buğda, 200 hektarı arpadır. Əkinə Kalna, Nuran dağ, habelə Kəndoba, Rəhimli aran kənd inzibati ərazi dairələrində daha mütəşəkkilliklə başlanıb.

Qeyd edək ki, cari mövsümdə bölgədə 35,4 min hektarda payızlıq taxıl əkini gözlənilir. Artıq 22 min hektarda şum çıxarılıb və bu iş sürətlə davam etdirilir. Torpağın hazırlanması və səpinin aqrotexniki qaydada həyata keçirilməsi diqqət mərkəzindədir. Fermerlər, torpaq mülkiyyətçiləri əkində yerli şəraitə uyğun yüksək reproduksiyalı toxumlardan istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.