REGİONLAR
Ağsuda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Ağsu, 12 oktyabr, AZƏRTAC
Ağsuda Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və Azərbaycan Respublikası İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aslan Nadirov adına şəhər 1 nömrəli məktəb-liseydə təşkil olunan birincilikdə 13 ümumtəhsil məktəbindən 65 nəfər şagird iştirak edib. Gərgin və maraqlı keçən yarışlarda I yerə Soltan Umbayev adına 2 nömrəli tam orta, II yerə 1 nömrəli məktəb-liseyin, III yerə isə Mamed Mirzəmmədov adına Aratkənd kənd tam orta məktəbin komandaları layiq görülüb.
Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplomlar verilib.