REGİONLAR


Ağsuda qısa vaxtda 270 hektara çiyid səpilib

Ağsu, 17 aprel, AZƏRTAC

Ağsuda çiyid səpini kampaniyasına başlanılıb və qısa vaxtda 270 hektarda əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilk günlərdən sahələrə 8 səpin aqreqatı, bir o qədər də diskli mala çıxarılıb. Rayonun Rəhimli, Muradlı, Qaraqoyunlu, Kəndoba, Çaparlı və bir sıra digər ərazi vahidlərində əkinə daha mütəşəkkil başlanılıb.

Qeyd edək ki, cari ildə rayonda 1000 hektarda əkin aparılması nəzərdə tutulub. Artıq bütün ərazilərdə şum vaxtında çıxarılıb, sahələr arata qoyulub, əkin üçün hazırlanıb. Kifayət qədər çiyid, gübrə gətirilib.

Hazırda hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, fermerlər səpinin optimal müddətdə və mütəşəkkil başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.