REGİONLAR


Ağsuda şəhid Rüfət Fətəlizadənin xatirəsi anılıb

Ağsu, 11 avqust, AZƏRTAC

Ağsu rayonunun Padar kəndindən olan şəhid Rüfət Fətəlizadənin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov mərasimdə çıxış edərək Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasətindən danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində onlara layiqli cavab verildiyini, tarixi Qələbə qazanıldığını vurğulayıb.

Mərasimdə çıxış edənlər Rüfət Fətəlizadənin qısa və şərəfli həyat yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, şəhid Rüfət Fətəlizadə 2014-cü il avqustun 10-da cəbhənin Tovuz rayonu istiqamətində düşmənin xain hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub və ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhidin atası Nazim Fətəlizadə mərasimdə çıxış edərək dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqətə və qayğıya görə dərin minnətdarlığını bildirib.

Mərasim şəhidin doğulduğu Padar kəndindəki ev-muzeyini ziyarətlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.