REGİONLAR


Ağsuda sel suları iki kəndə gedən yolda avtomobillərin hərəkətinə təhlükə yaradıb

Ağsu, 11 may, AZƏRTAC

Leysan yağışları nəticəsində Ağsuçaya gələn sel fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları rayonun Maşadqanlı və Curuğlu kəndlərinə gedən yolun sağ yatağını yuyub. Nəticədə həmin ərazidə nəqliyyat vasitələrinin kəndlərə gediş-gəlişi dayandırılıb. Əraziyə Ağsu rayon Suvarma Sistemləri İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yaranmış təhlükə ilə bağlı rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, eləcə də digər rayon rəsmiləri hadisə yerinə gəliblər. Vəziyyət təhlil olunub, əlaqədar şəxslərə tapşırıqlar verilib. Yolun bərpa olunması istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.