REGİONLAR


Ağsuda sənaye məhsulları istehsalı 27,6 faiz artıb

Ağsu, 10 yanvar, AZƏRTAC

Ağsu rayonunda 2018-ci ildə 7 milyon 529 min manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2017-ci ilə nisbətən 1 milyon 628 min manat və ya 27,6 faiz çoxdur.

Qeyd edək ki, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait aqrar rayon olan Ağsuda iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir. Təsadüfi deyil ki, rayonda fəaliyyət göstərən “Az Granata” MMC-nin Ağsu şirə və şərab emalı zavodu, “Qradus-40” MMC, “Alprint” MMC və digər sənaye müəssisələri öz fəaliyyətlərini ildən-ilə genişləndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.