REGİONLAR


Ağsuda tarlalardan indiyədək 1390,8 ton məhsul yığılıb

Ağsu, 6 noyabr, AZƏRTAC

Ağsu rayonunda pambıq yığımı davam edir və tarlalardan artıq 1390,8 ton məhsul toplanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 600 hektar sahədə mühüm strateji məhsul olan pambıq yetişdirilib. İndiyədək toplanan məhsulun 798,4 tonu əl ilə, 592,4 tonu isə maşınla yığılıb. Hazırda hər gün sahələrə 300 nəfərdən çox işçi qüvvəsi çıxır, 2 pambıqyığan maşından istifadə olunur. Toplanan məhsul “P-Aqro” MMC-nin Ağsu qəbul məntəqəsinə təhvil verilir.

Sahələrdə hələ məhsul çoxdur. Hər yerdə, xüsusilə daha çox pambıq əkilən Ləngəbiz, Gəgəli, Çaparlı, Ərəbmehdibəy və bir sıra digər ərazi bölgələrində ağır zəhmət bahasına yetişdirilən məhsulun son qozasınadək yığılması üçün ciddi səy göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.