REGİONLAR


Ağsuda taxıl biçini kampaniyasına 49 kombayn cəlb olunub

Ağsu, 2 iyun, AZƏRTAC

Ağsu rayonunda taxıl biçininə mütəşəkkil başlanıb və ilk iki gündə 1060 hektar zəminin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 35 min 161 hektarda taxıl yetişdirilib. Zəmilərin 17 min 835 hektarı buğda, 17 min 326 hektarı arpadır. İlkin olaraq bölgənin cənub ərazilərində arpa biçilir və bu mühüm kampaniyaya hüquqi və fiziki şəxslərə məxsus 49 kombayn cəlb olunub. Kəndoba, Çaparlı, Gəgəli, Xəlilli və bir sıra digər ərazi nümayəndəliklərində biçin daha mütəşəkkil aparılır.

Hələlik arpa zəmilərinin hər hektarından orta məhsuldarlıq 29,9 sentnerdir. Bu göstəricinin daha yüksək olacağı gözlənilir. Ümumiyyətlə, mütəxəssislər cari mövsümdə rayonda 120 min tonadək taxıl istehsal ediləcəyini proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.