REGİONLAR


Ağsuda taxıl əkini sahələrinin 34 min hektara çatdırılması gözlənilir

Ağsu, 19 oktyabr, AZƏRTAC 

Ağsu rayonunda payızlıq taxıl səpini davam edir və indiyədək 1900 hektar sahədə əkin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu mühüm kampaniya üçün hər gün sahələrə 45-dək səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, o cümlədən Gəgəli, Kəndoba, Rəhimli, Bozavand və bir çox digər ərazi vahidlərində taxıl əkini daha sürətlə və mütəşəkkilliklə davam etdirilir.

Qeyd edək ki, taxılçılıq rayonda aqrar sektorun aparıcı sahələrindəndir. Keçən payızda rayonda 33 min 322,4 hektarda səpin aparılmışdısa, bu il əkin sahələrinin 34 min hektara çatdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.