REGİONLAR


Ağsuda taxıl əkininə 35 səpin aqreqatı, 100-dək digər texnika cəlb olunub

Ağsu, 6 noyabr, AZƏRTAC

Ağsu rayonunda taxıl səpini kampaniyası davam edir və hələlik 10 min 450 hektarda əkin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin aparılan sahələrin 7410 hektarı arpa, 3040 hektarı buğdadır. Hazırda bölgənin hər yerində - düzən, dağətəyi və dağlıq ərazilərdə bu mühüm kampaniya sürətlə davam etdirilir. Hər gün sahələrə 35 səpin aqreqatı, şum traktoru da olmaqla 100-dək digər texnika çıxarılır. Rayonun daha çox taxıl əkilən Kəndoba, Gəgəli, Ərəbmehdibəy, Qaraqoyunlu və bir sıra digər ərazi vahidlərində əkin daha mütəşəkkil davam etdirilir.

Qeyd edək ki, gələn ilin məhsulu üçün rayonda 33 min hektarda payızlıq taxıl əkiləcəyi proqnozlaşdırılır. Artıq 26 min 100 hektarda şum çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.