REGİONLAR


Ağsuda ümumtəhsil məktəbləri yeni dərs ilinə hazırlaşır

Ağsu, 18 avqust, AZƏRTAC

Ağsu rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2021-2022-ci tədris ilində bir sıra məktəblərdə təmir işləri aparılıb. P.Mirzəyev adına 5 saylı tam orta məktəbdə əsaslı təmir işləri həyata keçirilib. Məktəbin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yenilənərək şagird və müəllimlərin ixtiyarına veriləcək. Habelə ötən tədris ilində Ərəbuşağı kənd tam orta məktəbin 360 yerlik, Musabəyli kənd tam orta məktəbin 123 yerlik yeni binaları da şagirdlərin ixtiyarına verilib.

2022-2023-cü tədris ilində Ağsu rayonunun ümumtəhsil məktəblərində, ümumilikdə, 1100 şagirdin təhsili ilə 1200-ə yaxın müəllimin məşğul olacağı proqnozlaşdırılır. Rayon üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 800 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Hazırda rayonda 17 ibtidai məktəb, 35 tam orta məktəb, 16 ümumi orta məktəb, 2 məktəbdənkənar, 8 məktəbəqədər olmaqla, ümumilikdə, 70 ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək.

Qarşıdakı tədris ilində III, VII və X siniflər üçün dərsliklər yenidən nəşr edilərək ümumtəhsil məktəblərinə göndəriləcək.

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 11 məktəbdə 12 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Layihə təqribən 3-4 yaşlı 240 uşağı əhatə edəcək və 11 tərbiyəçi-müəllim cəlb olunacaq.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində Ağsu şəhər 4 saylı tam orta məktəbdə "Peşə təmayüllü siniflərin təşkili" layihəsi üzrə 1 və “STEAM” layihəsi üzrə 1 sinif olmaqla, 2 yeni sinif təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.