REGİONLAR


Ağsuda üzüm yığımı - məhsul birbaşa bazarlara çıxarılır

Ağsu, 10 sentyabr, AZƏRTAC

Ağsu rayonunda üzüm yığımı davam edir və hələlik bağlardan 500 ton məhsul toplanıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, vaxtilə böyük üzümçülük təsərrüfatına malik olan Ağsuda hazırda 119 hektar üzüm bağı var. Bağların 103 hektarı məhsuldardır. Əksər ərazilərdə, xüsusilə daha çox üzüm bağları olan Kalva, Göydəlləkli, Padar və bir sıra digər icra nümayəndəliklərində bu il bağlarda bol məhsul yetişdirilib. Rayonda indiyədək istehsal olunan üzüm ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 ton çoxdur. Plantasiyalarda əsasən süfrə üzüm sortları yetişdirilir. Yığılan məhsul birbaşa yerli bazarlara çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.