REGİONLAR


Ağsuda yanğın olub

Ağsu, 17 avqust, AZƏRTAC 

Avqustun 17-də axşam saat 20 radələrində Ağsu rayonunun Navahı kəndi ərazisindəki biçilmiş taxıl sahəsində yüksək gərginlikli elektrik xətlərinin altında yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsinin 2 ədəd yanğınsöndürən avtomobili və 12 nəfər canlı qüvvəsi hadisə yerinə gəlib. Bir saat ərzində yanğın söndürülüb. Hadisə nəticəsində 1 hektar biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yüksək gərginlikli elektrik xətləri mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.