REGİONLAR


Ağsuda yarım ildə 188 daimi iş yeri açılıb

Ağsu, 10 iyul, AZƏRTAC 

Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti Ağsu rayonunda da öz uğurlu nəticələrini verir. Təsadüfi deyildir ki, təkcə bu ilin 6 ayında bölgədə 188 yeni iş yeri açılıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni açılan iş yerlərinin hamısı daimidir. Təzə iş yerlərinin 179-u fiziki şəxslərdə, 9-u isə yeni açılan müəssisələrdədir.

Qeyd edək ki, aqrar bölgədə olan Ağsuda təkcə baramaçılıq, pambıqçılıq sahələrində minlərlə sakin müvəqqəti işlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.