REGİONLAR
Ağsuda yazlıq bitkilər əkini keçən ilə nisbətən 1683 hektar artıb
Ağsu, 9 iyun, AZƏRTAC
Ağsu rayonunda yazlıq bitkilər əkini keçən illə müqayisədə xeyli artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, bu il iyun ayının 1-nə olan məlumata görə, bölgədə 4645 hektarda yazlıq əkinlər aparılıb. Yazlıq əkinlər ötən ildəki göstəriciyə nisbətən 1683 hektar çoxdur.
Builki mövsümdə rayonda pambıq əkini sahələri 1408 hektar artaraq 2500 hektara çatıb. Qarğıdalı əkini sahələri isə 447 hektar artaraq 667 hektar olub. Bir neçə il fasilədən sonra 102 hektarda şəkər çuğunduru əkilib. Ümumiyyətlə, qalan yazlıq əkinlərdə, o cümlədən kartof, günəbaxan, bostan-tərəvəz sahələrində də artım qeydə alınıb.
Hazırda rayonun bütün ərazi bölgələrində məhsul yığımı davam edir.