REGİONLAR


Ağsuda yük avtomobili kanala aşıb, sürücü ölüb VİDEO

Ağsu, 15 mart, AZƏRTAC 

Ağsuda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Ərəbmehdibəy kəndi ərazisində baş verib. Belə ki, sürücü, 52 yaşlı Kəlbəcər sakini Məmmədov Mübariz Ağa oğlu Şirvan kanalı üzərindən “Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən səhhəti ağırlaşıb və idarəetməni itirib. Nəticədə yük maşını Yuxarı Şirvan kanalına aşıb və sürücü hadisə yerində dünyasını dəyişib. Ətrafdakı insanların köməyi ilə sürücünün cəsədi sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.