REGİONLAR


Ağsulu fermer pambıq tarlasından 30 sentnerədək məhsul götürmək əzmindədir

Ağsu, 12 avqust, AZƏRTAC

Ötən il pambıq əkini sahələrindən 200 ton məhsul yığan ağsulu fermer Tofiq Abdullayev cari ildə hər hektardan məhsuldarlığı 30 sentnerə çatdırmaqla 220 tonadək “ağ qızıl” istehsal etmək əzmindədir.

Rayonun Qiyaslı kəndindən olan fermer T.Abdullayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində göstərilən dövlət dəstəyinin rayonda ənənəvi sahə olan pambıqçılığın inkişafına güclü təkan verdiyini, özünün də bu sahəyə marağı olduğunu söyləyib. Fermer deyib: “Hər hektardan 20 sentner məhsul mənə 800 manatdan çox təmiz gəlir verir. Otuz sentner məhsul isə həm də növbəti ildə təsərrüfatı genişləndirmək, becərmə işlərini yüksək səviyyədə həyata keçirmək üçün bütün xərcləri ödəyir”.

Bu il 70 hektar sahədə pambıq əkdiyini bildirən fermer daha sonra deyib: “Artıq sahələrdə üçüncü kompleks becərmə işləri başa çatıb. İndi hər kolda 15-20 qoza var. Becərmə tədbirlərində ailə üzvlərimizlə birgə 50 nəfərdən çox işçi qüvvəsi çalışır. Əminəm ki, zəhmətimiz hədər getməyəcək. Tarlalardan bol məhsul götürəcəyik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.