REGİONLAR


Ağsulu məktəbli: Bölgələrə səyahət zamanı şagirdlər ölkəmizi daha yaxından tanıyırlar

Astara, 18 mart, Bağır Əliyev, AZƏRTAC

Bölgələrə səyahət zamanı şagirdlər ölkəmizi daha yaxından tanıyırlar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağsu şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Səlim Babaşov bildirib.

O deyib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başlandı, Masallı və Astara rayonlarına səyahətlə davam etdi. Təəssüratımız olduqca zəngindir. Ölkəmizin iqtisadiyyatı gücləndikcə regionların sosial siması da dəyişir. Səyahət etdiyimiz hər üç rayonda bunun şahidi olduq.

Rayonlarımıza şəhər mədəniyyəti gəlib. Astaradakı park-bulvar kompleksi Bakıdakı bulvardan heç də geri qalmır.

Aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı əldə ediblər. Bizə bu imkanı yaradanlara “Çox sağ olun!” deyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.