REGİONLAR


Ağsunun Kalva kəndi ərazisində yanğın davam edir

Ağsu, 23 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 13 radələrində Ağsu rayonunun dağlıq zonasındakı Kalva kəndi ərazisində yanğın hadisəsi baş verib.

Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumata görə, kol-kos sahələrinin yanması ilə başlayan yanğın genişlənərək meşə ərazisinə keçib. Nüydü kəndində dağlıq ərazidəki yanğının qarşısı isə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayillıda olan canlı qüvvə və texnikası Kalva kəndi istiqamətində köməyə cəlb olunub.

Hazırda yanğınla mübarizə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.