REGİONLAR


Ağsunun Sarvan kəndində modul tipli təhsil ocağı istifadəyə verilib

Ağsu, 6 noyabr, AZƏRTAC

Ağsu rayonunun Sarvan kənd ümumi orta məktəbi üçün quraşdırılan modul tipli yeni bina istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə quraşdırılan yeni məktəb binası 96 şagird yerlikdir. Hazırda məktəbdə 86 nəfər şagird təhsil alır. On bir sinif otağından ibarət binada təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.

Noyabrın 6-da məktəbin müəllim və şagird kollektivlərinin, kənd sakinlərinin, qonaqların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışıblar.

Sonda tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.