REGİONLAR


Ağsunun daha bir dağ kəndinin ərazisində yanğın baş verib

Ağsu, 22 avqust, AZƏRTAC

Ağsu rayonunun dağ kəndi olan Nüydü bələdiyyəsinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi Ağsu Yanğından Mühafizə Hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu gün saat 17-18 radələrində baş verən yanğın yerinə Ağsu və İsmayıllı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən 1 yanğınsöndürən maşın və 7 nəfər canlı qüvvə cəlb olunub. Güclü leysan yağışı yanğının daha geniş ərazilərə yayılmamasında yanğınsöndürənlərin işini asanlaşdırıb. 2 hektar quru kol-kos sahəsi yanıb. Hazırda yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.