REGİONLAR


Ağsuya gələn səyyar “ASAN xidmət” ilk gündə 82 nəfər vətəndaşa xidmət göstərib

Ağsu, 6 may, AZƏRTAC

Səyyar “ASAN xidmət” mayın 5-də Ağsuda fəaliyyətə başlayıb və mayın 19-dək rayon sakinlərinə xidmət göstərəcək.

Qəbələ Regional “ASAN xidmət” mərkəzinin səyyar xidmət avtobusunun qrup rəhbəri Ayaz Mirzəyev AZƏRTAC–ın bölgə müxbirinə bildirib ki, vətəndaşların müraciətləri ilə əlaqədar onlara Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən xidmətlər göstəriləcək. Bu xidmətlərə sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklüyünə) dair dövlət reyestrinə arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi aiddir.

Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlara, habelə funksional yardım xidmətləri göstərilir. Bu xidmətlərə tibb və bank xidmətləri aiddir.

Qeyd edək ki, səyyar “ASAN xidmət” Ağsuda fəaliyyətə başladığı birinci gün ərzində 82 nəfər vətəndaşa xidmət göstərib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.