CƏMİYYƏT


Əhali fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılır

Bakı, 13 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Çaykənd kənd Ailə Sağlamlıq mərkəzində və Sarısu kənd tibb məntəqəsində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Statistika İdarəsində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron–Xızı Regional Təhsil İdarəsinin Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in 112-qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.