REGİONLAR


Əhalinin elektrik enerjisi və təbii qaz ilə təminatı sahəsində uğurlu nəticələr əldə edilib

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması məqsədilə Kəngərli rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılıb, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur şəhərində “Çomaxtur” yarımstansiyasının tikintisi başa çatdırılıb.

Muxtar respublikada 54,6 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 22 müxtəlif gərginlikli transformator yarımstansiyası quraşdırılıb.

Şərur və Culfa rayonlarının transformator təmiri sexlərində 85 transformator təmir olunub, Naxçıvan şəhərində iki transformator binasının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi davam etdirilir.

Energetika sahəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində muxtar respublikaya 4 adda 828 dəstdən ibarət yeni texnika və avadanlıqlar gətirilib. Bundan əlavə, Dövlət Energetika Xidmətinə 1 ədəd “Hyundai İoniq” markalı elektriklə işləyən avtomobil, 4 ədəd “Qazel” markalı avtomobil, 1 ədəd “BKM-317A” markalı yerqazan qurğu və 2 ədəd xüsusi təyinatlı “Ford” markalı avtomobil verilib.

Şərur rayonu ərazisində maye qazdoldurma və Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi başa çatdırılıb, Naxçıvan şəhərində Naxçıvan Qaz-Kompressor Stansiyasının tikintisi, Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması davam etdirilir.

1 oktyabr 2020-ci il tarixə muxtar respublikada 88 min 58 əhali abonenti təbii qazla təmin olunub.

Naxçıvan şəhərində smartkart tipli elektrik və qaz, Babək və Şərur şəhərlərində isə smartkart tipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.