İQTİSADİYYAT


Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb

Bakı, 17 mart, AZƏRTAC

2023-cü ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq, 10 milyard 680,3 milyon manat və ya hər nəfərə orta hesabla 1054,2 manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 9 milyard 347,9 milyon manat təşkil edib. 2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3135 manat, qeyri-neft-qaz sektorunda 812,4 manatdır. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 809,9 manat, özəl müəssisələrdə isə 908,4 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.