REGİONLAR


Əhalinin kütləvi tibbi müayinəsinə hazırlıq işləri müzakirə olunub

İsmayıllı, 9 fevral, AZƏRTAC

İsmayıllı Rayon İcra Hakimiyyətində fevralın 12-dən mayın 1-dək keçiriləcək əhalinin kütləvi tibbi müayinəsinə hazırlıq işləri ilə bağlı müşavirə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin başçısı, tibbi müayinənin yüksək səviyyədə təşkili ilə bağlı yaradılan komissiyanın sədri Mirdaməd Sadıqov çıxış edərək Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə hər il vətəndaşların sağlamlığının qorunması üçün həyata keçirilən bu mühüm, xeyirxah tədbirin əhəmiyyətindən danışıb. O, kütləvi tibbi müayinənin həyata keçirilməsində icra strukturlarının, səhiyyə işçilərinin üzərinə düşən vəzifələrdən də geniş bəhs edib.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov əhalinin kütləvi pulsuz tibbi müayinəsinin yüksək səviyyədə aparılacağını söyləyərək, bunun üçün lazımi hazırlıq işlərinin görüldüyünü bildirib. Baş həkim təchizat məsələlərinin həlli, səyyar həkim briqadalarının yaradılması barədə ətraflı məlumat verib, bütün tibb müəssisələrinin müayinə üçün tam hazır vəziyyətdə gətirildiyini diqqətə çatdırıb.

İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirakçıları tibbi müayinənin aparılması ilə əlaqədar hazırlanan qrafiklə tanış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.