İQTİSADİYYAT
Əhalinin nominal gəlirləri 7,5 faiz artıb
Bakı, 18 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artaraq 27 milyard 716,9 milyon manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 2853,4 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövr ərzində gəlirlərin 85,9 faizi son istehlak xərclərinə, 8,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 milyard 373,5 milyon manatlıq vəsait qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]