İQTİSADİYYAT


Əhalinin nominal gəlirləri 8,9 faiz artıb

Bakı, 25 mart, AZƏRTAC

Yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8 milyard 301,5 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 475,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.