Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əhalinin təhlükəsiz və keyfiyyətli heyvan mənşəli qida məhsulları ilə təmin olunmasında heyvan sağlamlığı əsas şərtdir

Əhalinin təhlükəsiz və keyfiyyətli heyvan mənşəli qida məhsulları ilə təmin olunmasında heyvan sağlamlığı əsas şərtdir

Bakı, 21 noyabr, AZƏRTAC

Heyvan mənşəli məhsullar insanın qidasında xüsusi yer tutur. Heyvanların sağlam və gümrah olmaları keyfiyyətli ət və süd məhsulları əldə etməyə imkan verir.

Heyvanların rifahının qorunması onların sağlamlığına təsir edən əsas amillərdən biridir. Heyvan gümrahdırsa, yaxşı qidalanırsa, təhlükəsizdirsə, davranışı məxsus olduğu növə xasdırsa, qorxmursa, ağrı və digər streslərə məruz qalmırsa, bu, onların rifah halının əsas göstəricisidir. Heyvanlar yalnız məhsul “istehsalçıları” deyil, eyni zamanda iqtisadi və sosial problemlərin tənzimlənməsində əhəmiyyətli rolu olan canlı varlıqlardır. Odur ki, bütün hallarda heyvan rifahının qorunmasına diqqət yetirilməlidir. Xüsusilə də qida məhsulu əldə etmək məqsədilə yetişdirilən heyvanların təbii həyat tərzi təmin edilməli və fizioloji durumuna mənfi təsir göstərilmədən istismar olunmalıdır. İqtisadi inkişaf səviyyəsi, mədəniyyət və dini inanclar baxımından dünyanın müxtəlif ölkələrində heyvan rifahı anlayışına fərqli yanaşmalar mövcuddur. Artıq inkişaf etmiş ölkələrdə heyvanların rifah içərisində yetişdirilməsinə nail olunması üçün “Heyvan rifahı” konsepsiyası qəbul edilmişdir. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q.Cəlladov və Ç.Süleymanovanın məqaləsində deyilir.

Bir sıra stres amilləri heyvan orqanizmində müdafiə funksiyasının oyanmasına səbəb olur. Həddən artıq isti və ya soyuğa məruzqalma, aclıq, yorğunluq, yüksək səs, hərəkətsizlik, qeyri-qənaətbəxş saxlanma şəraiti, birtərəfli və ya keyfiyyətsiz yemləmə, xəstəliklərə yoluxma, kobud rəftar və s. heyvanlarda stres yaradan amillərdir. Bu amillərin təsiri ilə heyvanlarda məhsuldarlıq göstəriciləri azalmaqla yanaşı, məhsulların keyfiyyətində də arzuolunmaz dəyişikliklər baş verir. Bu sıraya qanda konsentrasiyası artan adrenalin və noradrenalin hormonlarının təsirindən qlükoza və yağ turşularının orqanizmdə toplanması prosesinin, eləcə də zülal sintezinin pozulmasını, nəbzin artmasını, həzmin, fizioloji inkişafın və immun sisteminin zəifləməsini və s. aid etmək olar. Stres amilləri heyvanların balavermə qabiliyyətinə də mənfi təsir göstərir.

Havanın temperaturunun da heyvan rifahının pozulmasında rolu böyükdür. Temperatur kəskin şəkildə artdıqda heyvanlar bədən hərarətini çətinliklə nizamlasa da istilik stresi keçirirlər. Bu zaman boğaz heyvanlarda dölün inkişafının zəifləməsi və sağmal heyvanlarda süd məhsuldarlığının azalması müşahidə edilir. Laktasiya dövründə olan heyvanların orqanizmində istilik amillərinin təsiri ilə prolaktin hormonunun dinamikasında kataklizmlər (artma və ya azalma) baş verir. Bu da heyvanın fizioloji vəziyyətinin pozulmasına səbəb olur.

Təsərrüfatda vahid sahədə saxlanılan heyvanların sayının çox olması da onlarda narahatlıq yaradır. Heyvanlar uzun müddət ayaq üstdə dayandıqda ətraf və dırnaq problemləri yarana bilir. Heyvanların sıx saxlanması isə onların ortaq istifadə etdiyi yem və su mənbələrində rəqabət yaradır. Belə şəraitdə heyvanlar yetərincə qidalana bilmirlər. Xüsusilə boğaz heyvanların saxlanma-bəslənmə şəraitinə diqqət yetirilməlidir. Sıx saxlanma şəraiti heyvanlar arasında xəstəliklərin yaranma və yayılma riskini də artırır. Bu da baş verə biləcək xəstəliklərin qarşısını almaq məqsədilə antibiotiklərin izafi istifadəsinə, həmçinin patogen bakteriyalarda antibiotiklərə qarşı rezistentliyin yaranmasına səbəb olur. İstifadə edilən antibiotiklər qalıq şəklində heyvan mənşəli qida məhsullarında toplanır ki, bu da insan sağlamlığı üçün təhlükə yaradır.

Heyvan orqanizmində əzələ fəaliyyəti üçün tələb olunan enerji əzələ şəkərinin (qlikogen) parçalanması hesabına təmin olunur. Kəsimə aparılan sağlam və dinc heyvanların əzələ toxumasında qlikogenin miqdarı yüksək olur. Heyvan kəsildikdən sonra qlikogenin süd turşusuna çevrilməsi ilə ətin yetişməsi prosesi baş verir. Bu səbəbdən də ət dadlı, yumşaq, keyfiyyətli və parlaq rəngli olur. Kəsimdən əvvəl və kəsim zamanı heyvan stres amillərinə məruz qaldığı halda qlikogenin və süd turşusunun əmələgəlmə prosesi pozulduğundan ətin keyfiyyəti aşağı düşür. Müəyyən edilmişdir ki, stresə məruz qalmış heyvanlardan əldə olunan ət məhsulunda 18-24 saat ərzində soyudulduqda iki əsas qüsur - PSE (Pale, Soft, Exudative - Solğun, Yumşaq, Eksudativ ət teksturası) və DFD (Dark, Firm, Dry - Tünd, Sərt, Quru ət teksturası) meydana çıxır. Odur ki, keyfiyyətli ət istehsalına nail olmaq üçün kəsimə gətirilən heyvanlarla humanist davranılmalıdır. Heyvanların nəqliyyat vasitələrinə yüklənməsi, daşınması, boşaldılması və kəsimi zamanı onlarla kobud davranılmamalı və kəsimdən əvvəl dincəlməsi təmin edilməlidir. Tədqiqat işləri ilə sübuta yetirilmişdir ki, heyvana kəsimdən əvvəl dinclik verilməsi əzələdəki qlikogenin konsentrasiyasının məqbul səviyyədə olmasına və dehidratasiyanın (susuzlaşma) azalmasına müsbət təsir edir.

Təhlükəsiz və sağlam qida məhsullarının əldə edilməsi üçün kənd təsərrüfatı heyvanlarının rifahının təmin olunmasında bir sıra amillər mütləq nəzərə alınmalıdır. Xüsusən də heyvanların yem və su ilə kifayət qədər təminatı, düzgün saxlanılma və bəslənilmə şəraiti, həmçinin xəstəliklərdən və zədələnmələrdən, digər stres yaradan amillərdən qorunması vacibdir. Beləliklə, yalnız rifahı təmin edilməklə sağlam heyvan yetişdirilməsinə nail olmaq mümkündür. Əhalinin təhlükəsiz və keyfiyyətli heyvan mənşəli qida məhsulları ilə təmin olunmasında isə heyvan sağlamlığı əsas şərtdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir