İQTİSADİYYAT
Əhalinin təhlükəsizliyi dövlətin prioritet vəzifələrindən biridir
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Lökbatan, Korgöz, Qızıldaş, Ümid, Qobustan, Ələt qəsəbələrində və Sahil qəsəbəsinin sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədilə kanalların çəkilməsi nəzərdə tutulub.
Bundan əlavə, baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlər də həyata keçiriləcək. Bunun üçün Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazilərində mövcud olan yanğına qarşı su hovuzlarının təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də tədbirlər planına salınıb.
Artıq Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinin açılışı olub. Çeyildağ və Ələt qəsəbələrində isə tamamlanma işləri aparılır.