CƏMİYYƏT


Əhaliyə çimərliklərdən düzgün istifadə qaydaları, zərərçəkmişlərin xilas edilməsi ilə bağlı biliklər aşılanır

Bakı, 11 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda praktiki məşğələ və maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşğələnin keçirilməsində əsas məqsəd əhaliyə çimərliklərdən düzgün istifadə qaydaları, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı biliklərin aşılanması olub.

Praktiki məşğələnin gedişində FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc axtarış qrupunun, Lənkəran xilasetmə məntəqəsinin əməkdaşları, eləcə də şəhər sakinləri iştirak ediblər.

Praktiki məşğələyə “Mercedes Sprinter” markalı xüsusi xilasetmə, “Chevrolet-Niva” markalı avtomobillər və bir xilasetmə kateri, eyni zamanda, xüsusi xilasetmə alət və avadanlığı da cəlb edilib.

Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı FHN-in qüvvələri tərəfindən hadisə yerində zərərçəkmişin axtarışına başlanılıb, aparılan axtarış tədbirlərinin nəticəsi olaraq zərərçəkmiş xilasedicilər tərəfindən tapılaraq ilkin tibbi yardım göstərildikdən sonra təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilib.

Daha sonra çimərlikdə əhali üçün təhlükə yarada biləcək maneələrin təmizlənməsi istiqamətində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, “112 – mərkəzinə müraciət”, “Çimərlikdə təhlükəsizlik və davranış qaydaları”, “Suda zərərçəkmişə yardımın göstərilməsi”, “Çimərlikdə istirahət etmək istəyən hər bir uşaq hansı təhlükəsizlik qaydalarını bilməlidir?” mövzularında yaddaş kitabçaları və maarifləndirici bukletlər paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.