İQTİSADİYYAT


Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1274,2 milyon manat olub

Bakı, 23 mart, AZƏRTAC

Bu ilin ilk iki ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 1274,2 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 933,8 milyon manatlıq xidmət göstərilib. Bu isə xidmətlərin ümumi dəyərinin 73,3 faizini təşkil edib.

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 130,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,6 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.