CƏMİYYƏT
Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində 50 nəfər oftalmoloji müayinədən keçib
Bakı, 28 may, AZƏRTAC
Mayın 27-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində oftalmoloji aksiya keçirib.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən xəbərə görə, aksiya çərçivəsində 50 nəfər müayinə olunub.
Müayinələr zamanı pasiyentlərdə refraksiya patologiyası, katarakta və s. göz xəstəlikləri aşkarlanıb.
Aksiyanın keçirilməsində əsas məqsəd pasiyentləri vaxt itirmədən, operativ şəkildə yerindəcə müayinə və müalicə etmək, korluğun qarşısını almaq, görmə patologiyasının erkən diaqnostikasını aşkar etməkdir.
Müayinələr Milli Oftalmologiya Mərkəzinin həkimləri - Lalə Məmmədova və Gülmin Əhmədova tərəfindən aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]