Ahıllar tibbi müayinələrdən keçirilib
AzerTAg.az
Şahbuz, 28 iyul, AZƏRTAC
Muxtar respublikada ahıllara müxtəlif sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həmin tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının tibbi heyəti tərəfindən Şahbuz rayonunun Ahıllar evi ziyarət olunub, ahıllar tibbi müayinələrdən keçiriliblər. Müayinələrdə endokrinoloq, nevropatoloq, terapevt, LOR, laborator, cərrah və digər həkimlər iştirak ediblər. Nəticədə iki nəfərə Naxçıvan Muxtar Respublika Xəstəxanasında müayinə üçün göndəriş verilib.
Qeyd edək ki, aksiya çərçivəsində xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar və hər birinə şəxsi gigiyenik ləvazimatlar təqdim edilib.




Xəbərin mətnində orfoqrafik səhv var