CƏMİYYƏT


Əhliman Əmiraslanov: Artıq çəki bir çox xəstəliklərin yaranmasının bilavasitə səbəbidir

Əhliman Əmiraslanov: Artıq çəki bir çox xəstəliklərin yaranmasının bilavasitə səbəbidir

Bakı, 8 dekabr, AZƏRTAC

Artıq çəki və piylənmə problemi təkcə səhiyyənin deyil, bütövlükdə cəmiyyətin ən vacib problemlərindən biridir. Dünyada bu problemə məruz qalan insanların sayı ilbəil artır. Çox təəssüf ki, belə hallara uşaqlar arasında da rast gəlinir. Azərbaycanda əhalinin 20 faizi artıq çəki və piylənmədən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə bəzi ölkələrdə bu rəqəm 50-60 faizdən çoxdur. Bu, isə son dərəcə düşündürücü məsələdir. Artıq çəki və piylənmə bir çox xəstəliklərin yaranmasının bilavasitə səbəbidir. Xüsusilə ürək-damar patologiyası, onkoloji xəstəliklər, şəkərli diabeti qeyd etmək olar.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib.

"ÜST-nin rəyinə görə piylənmə və artıq çəki insan ömrünü ən azı on il azaldır. Piylənmənin səbəbləri arasında endokrinoloji problemlər çox az yer tutur. Əsas səbəblər hərəkətsizlik və qeyri-düzgün qidalanmadır. Həkimlərin əsas vəzifəsi də piylənmə və artıq çəkinin nə dərəcədə vacib problem olduğunu və ona səbəb olan amilləri insanlara çatdırmaqdır.

Səhiyyə komitəsi olaraq üzərimizə çox vacib məsuliyyət düşür. Bu sahədə qanunvericilik aktlarının, yeni qanunların hazırlanması istiqamətində addımlar atmalı, əhalinin sağlamlığının qorunması haqqında qanunda da dəyişiklik etməliyik ki, gələcəkdə belə hallara qarşı mübarizə aparmaq üçün əlimizdə hüquqi sənəd olsun", - deyə Ə.Əmiraslanov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.