SİYASƏT


Əhliman Əmiraslanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

Bakı, 12 aprel, AZƏRTAC

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə səfiri Erkan Özoralla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, tarixi köklərimizdən gələn Türkiyə-Azərbaycan strateji münasibətləri, iki dövlət liderinin mökəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir.

Akademik Əhliman Əmiraslanov bildirib ki, iki dost və qardaş ölkə - Türkiyə ilə Azərbaycanın arasında yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur. Deputat ölkələrimizin parlament rəhbərləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. O da xüsusi olaraq bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birilərini dəstəkləyir və demək olar ki, eyni mövqedən çıxış edirlər.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib. O, səfiri Azərbaycanın “Dostluq” ordeni ilə mükafatlandırılması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən Erkan Özoral Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.