SİYASƏT


Əhməd Baba: Azərbaycanın işğal edilmiş torpaqlarına köçürülən ermənilər beyinləri zəhərlənmiş millətçilərdir

Ankara, 14 sentyabr, AZƏRTAC

Yaxın Şərqdə yaşayan ermənilərin sosial vəziyyəti Ermənistan əhalisi ilə müqayisədə çox yüksəkdir. Ona görə də başda Suriya və Livan olmaqla bu bölgədəki ermənilərin könüllü şəkildə Azərbaycanın işğal olunmuş torpaqlarına köç etməsi inandırıcı deyil. Erməni kilsəsi və erməni lobbisi hər zaman olduğu kimi, yenə də güc tətbiq etmək və yalan vədlər əsasında öz xalqını yurdundan etmək istəyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba ifadə edib.

Ermənistanın imperialist qüvvələr üçün forpost olduğunu diqqətə çatdıran Əhməd Baba deyib: “Saxta “Böyük Ermənistan” ideologiyasının əsasını xəyalpərəstlik təşkil edir. Bu xülyalara çatmaq məqsədilə erməni xalqının beynini onilliklər boyu zəhərləyərək onlarda türk düşmənçiliyi fikri yaradıblar. Erməni kilsəsi artıq iki yüz ildir ki, türklərə qarşı nifrət toxumu səpməklə öz xalqını bir coğrafiyadan başqa bir yerə köçürmək siyasəti yürüdür. Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, erməni diasporunun dini lideri I Aramla danışıq əsnasında, Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdi. Birmənalı olaraq Yaxın Şərqdəki normal düşüncəsi olan erməni öz rahat həyatını qoyaraq Qarabağa, ona aid olmadığını bildiyi, hər an müharibənin alovlanacağı gözlənilən əraziyə köçməz”.

Ermənistan dövlətinin terror gücünə yarandığını və bu qanunsuz fəaliyyətini davam etdirdiyini diqqətə çatdıran Əhməd Baba deyib ki, Yerevanın təhriki ilə həyata keçirilən qanunsuz köç prosesində Qarabağa getmək istəyən ermənilər ya konkret olaraq təlim keçmiş terrorçular, ya da türkə nifrətlə bəslənmiş millətçilərdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.