CƏMİYYƏT


Əhməd Baba: Nəsimi dünya poeziyasında təkrarolunmaz olduğu kimi onun adına keçirilən ekoloji aksiya da bənzərsiz oldu

Ankara, 7 dekabr, AZƏRTAC

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin poeziyasını beynəlxalq aləmdə təbliğini 650 min ağac əkməklə həyata keçirmək ən dəyərli təbiət quruculuğu hadisəsidir. Nəsimi söz və poeziya aləmində təkrarolunmaz bir simadır. Azərbaycanda onun adı ilə bağlı keçirilən ekoloji aksiya da bənzərsiz və dünya əhəmiyyətli oldu.

Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə Nəsiminin yubileyi münasibəti ilə bir gündə 650 min ağac əkilməsinə münasibət bildirən Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba AZƏRTAC-a deyib.

Azərbaycanda aparılan kütləvi yaşıllaşdırma aksiyasının müasir dünyanın qlobal problemlərindən bir neçəsinin həllinə töhfə kimi dəyərləndirən Əhməd Baba deyib: “650 min ağac əkmək barədə nəcib təşəbbüsün ortaya çıxması, aksiyanın yüksək səviyyədə təşkil olunması və insanların böyük həvəslə bu tədbirdə iştirakı Azərbaycanın müstəqillik tarixi salnaməsinə qızıl hərflərlə yazıldı.”

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.