MƏDƏNİYYƏT


Əhməd Cavada həsr edilmiş kitabların təqdimatı keçiriləcək

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 29-da Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Sevinc Ədalətqızının “İstiqlal abidəsi Əhməd Cavad”, “Fırtınalı ömür”, “Cavad və Şükriyyə dastanı”, “Əhməd Cavad haqqında xatirələr”, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi “İstiqlal eşqiylə yanan ürəklər” kitablarının təqdimat mərasimi keçiriləcək.

Müəllif AZƏRTAC-a bildirib ki, kitablarda Əhməd Cavadın keşməkeşli yaradıcılığı haqqında indiyədək görkəmli ziyalılar tərəfindən qələmə alınmış məqalələr, ona ithaf edilmiş şeirlər, şairin doğmalarının xatirələri yer alıb. Tədbirdə elm, təhsil, mədəniyyət xadimləri və Əhməd Cavadın nəvələri Anar və Vüsalə Axundzadələr, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.