MƏDƏNİYYƏT


“Əhməd Cavadın yaradıcılıq yolu” adlı görüş keçirilib

Bakı, 11 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həyata keçirdiyi “Yubileylər silsiləsi” layihəsi çərçivəsində tədbirlər davam etdirilir.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Yasamal rayon MKS-nin 1 nömrəli filialının əməkdaşları istiqlal şairi “Əhməd Cavadın yaradıcılıq yolu” adlı görüş təşkil ediblər.

Tədbirdə şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Kitabxananın əməkdaşı Dilşad Əliyeva bildirib ki, bu il ömrünü, ruhunu şeirə bağışlayan şairimiz Əhməd Cavadın 130 illik yubileyi qeyd edilir. “Ürəyi Vətən və millət sevgisi ilə döyünən şair hər an poeziyasında və yaradıcılığının müxtəlif mərhələlərində milli dəyərlərin saflığının qorunması, toxunulmazlığı və nəhayət yaşaması uğrunda yorulmadan mübarizə aparıb. Əhməd Cavad Azərbaycanın əsas milli atributları olan Dövlət bayrağını, Dövlət Himnini öz yaradıcılığında tərənnüm edən görkəmli ədibimizdir”.

Sonda oxucu Nuridə Abdinova şairin “Çırpınırdı Qara dəniz” şeirini səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.