SİYASƏT


Əhməd Həmdi Usta: Türkiyə və Azərbaycan hər zaman “bir millət , iki dövlət!” şüarına sadiqdir

İstanbul, 18 dekabr, AZƏRTAC

Bu gün tariximizə sahib çıxmağımız istiqamətində çox vacib bir tədbirə imza atılıb. Türkiyə və Azərbaycan olaraq “bir millət, iki dövlət!” şüarına sadiq ölkəyik. İndi isə bu qardaşlığın daha bir nümunəsinə şahid olduq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbulda erməni terrorçusu tərəfindən qətlə yetirilən Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri işləmiş Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılış mərasimində İstanbul valisinin müavini Əhməd Həmdi Usta bildirib.

O, deyib: “Abidənin İstanbulda ucaldılması acı xatirələrin canlanması ilə yanaşı, hər iki dövlətin çətin şəraitdə qurulmasını gələcək nəsillərə da bir daha göstərmiş oldu. Türkiyə ilə Azərbaycanın həm tarixi, həm də taleyi ortaqdır. Bu tarixboyu belə olub və bu cür də davam edəcək. Abidə iki ölkə arasındakı qardaşlıq əlaqələrinin möhkəmliyinin bir nümunəsidir”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.