SİYASƏT


Əhməd Obalı: Milli kimliyimizi qaytarmaq istəyirik

Əhməd Obalı: Milli kimliyimizi qaytarmaq istəyirik

Bakı, 6 dekabr, AZƏRTAC

İnsan vətənindən uzaq düşdükcə onu daha çox sevir. Şükürlər olsun ki, 30 ilə yaxın işğaldan sonra Prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycan öz torpaqlarını azad etdi. Şadıq ki, bütün azərbaycanlıların milli qüruru özümüzə qayıtdı. Cənubi Azərbaycanda bu Zəfərə çox sevinirlər.

Prezident İlham Əliyev fateh kimi yalnız Azərbaycanda deyil, Cənubi Azərbaycanda da çox sevilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Cənubi Azərbaycanın milli fəalı, “GünazTV”nin qurucusu, siyasi mühacir Əhməd Obalı dekabrın 6-da Sosial Tədqiqatlar Mərkəzində Milli Məclisin deputatları ilə keçirilən görüşdə deyib.

O bildirib ki, dilimiz qadağan edilib, hüquqlarımız tapdanıb, torpaqlarımız işğal edilib. Böyük kürd zolağı yaratmaq istəyirlər və müəyyən dərəcədə buna nail olublar.

“Bizim dərdimiz milli kimliyimizi özümüzə qaytarmaqdır. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi yaddan çıxarmasın. Biz ya fars olacağıq, ya da türk kimliyimizi özümüzə qaytarmalıyıq”, - deyə Əhməd Obalı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.