MƏDƏNİYYƏT
Əhməd Urfalı: Şuşa türk dünyasının mühüm mədəniyyət mərkəzlərindəndir VİDEO
Əskişəhər, 4 oktyabr, AZƏRTAC
Azərbaycan IV Dünya Köçəri Oyunlarında fəal iştirak etməklə həm Türkiyəyə güclü dəstək verdi, həm də idman nailiyyətlərini nümayiş etdirmək üçün yeni bir imkan qazandı. Ümumiyyətlə, türk dünyası bütün sahələrdə olduğu kimi idmanda da böyük birlik nümayiş etdirməkdədir. İdman tarixdə olduğu kimi müasir dövrdə də mədəni inteqrasiya üçün mühüm bir sahədir. Bu mənada Bursanın İznik rayonunda keçirilən IV Dünya Köçəri Oyunlarının nəticələrindən çox məmnunuq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin (ESAB) rəhbəri, yazıçı-publisist Əhməd Urfalı ifadə edib.
Köçəri oyunlarına dair yarışlarının təşkilinin həm əcdadlarımızdan yadigar qalan ənənələrin nəsillərə çatdırılması, həm də gənclərin məşğulluğu baxımından əhəmiyyətli olduğunu diqqətə çatdıran yazıçı-publisist Əhməd Urfalı Bursanın 2023-cü ildə türk dünyası mədəniyyət paytaxtı estafetini Şuşaya ötürəcəyini xatırladaraq deyib: “Şuşa türk dünyasının mühüm mədəniyyət mərkəzlərindəndir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Əskişəhər