SİYASƏT
Əhməd Yıldız: Münaqişələrin həlli üçün beynəlxalq səylər daha da gücləndirilməlidir
Bakı, 17 mart, AZƏRTAC
Bir diplomat olaraq deyə bilərəm ki, münaqişələrin həlli üçün beynəlxalq səylər daha da gücləndirilməlidir. Əks təqdirdə, onların həlli çətin olar.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib. Nazir müavini qeyd edib ki, VI Qlobal Bakı Forumunda bununla bağlı geniş müzakirələr aparılır. O əlavə edib ki, özünün də iştirak etdiyi “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclasda bu məsələyə xüsusi diqqət yetirildi.
Türkiyə xarici işlər nazirinin müavini, həmçinin vurğulayıb ki, Qlobal Bakı Forumunda diplomatların və siyasətçilərin bir araya gələrək dialoq qurmaları çox əhəmiyyətlidir. O, Forumda aparılan müzakirələrin faydalı nəticələrinin olacağına inandığını söyləyib.