REGİONLAR


Əhmədalı Əhmədov: Ağacəkmə aksiyasında bütün şamaxılılar həvəslə iştirak edəcəklər

Şamaxı, 15 oktyabr, Adil Ağayev, AZƏRTAC 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünya şöhrətli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü böyük mütəfəkkirin doğma yurdunda – Şamaxıda da razılıqla qarşılanıb. Gələn ay keçiriləcək ağacəkmə aksiyasına indidən səylə hazırlıq işləri görülür.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şamaxı rayon sakini Əhmədalı Əhmədov söyləyib. O, rayonda kiçikdən böyüyə hamının bu təşəbbüsə start veriləcəyi günü səbirsizliklə gözlədiyini bildirərək deyib: “Bu aksiya insanların diqqətini ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına, atmosferi oksigenlə zənginləşdirməyə, yaşıllıqların qorunmasına yönəldəcək. Hazırda ağac əkiləcək sahələr müəyyənləşdirilib, əkinə hazırlıq işləri aparılır. Ağacəkmə aksiyasında böyükdən kiçiyə bütün şamaxılılar həvəslə iştirak edəcəklər”.

Onun sözlərinə görə, ölkəmizdə ekoloji strategiyanın əsasını təşkil edən proqramların qəbul edilməsi, müvafiq fərman və sərəncamların imzalanması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində həyata keçirilən siyasət Azərbaycanda mövcud olan ekoloji problemlərin aradan qaldırılmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.