REGİONLAR


Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viaduklar inşa edilir VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisində Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun sayılır.

Qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79,7-ci kilometrində inşa edilən və ortalama uzunluğu 380 metr (sol-410 metr, sağ-350 metr) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.

Qeyd edilib ki, 81,6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yolboyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 poqonometr), 30 yeraltı keçid (1110 metr), 7 körpü (763 poqonometr), 7 tunel (6358 metr) və 9 viaduk (1980 metr) tikilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.