İDMAN


Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə onlayn respublika şahmat turniri keçiriləcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Oktyabrın 3-4-də Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş respublika şahmat turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, www.chess.com internet portalı üzərindən keçiriləcək turnir seçmə və final mərhələlərindən ibarət olacaq. Seçmə mərhələdə beynəlxalq reytinqi 1799-dək olan şahmatçılar iştirak edəcəklər. Bu mərhələdə ilk 30 yeri tutan şahmatçı final mərhələsinə vəsiqə qazanacaq. Beynəlxalq reytinqi 1800-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində mübarizə aparacaq.

Respublika şahmat turnirində ümumi hesabda ilk üç yeri tutmuş şahmatçılar “Təhsil” RİM-in müvafiq dərəcəli diplom və medalları, birinci yeri tutmuş şahmatçılar isə əlavə olaraq kubok ilə mükafatlandırılacaqlar.

Bundan əlavə, ən yüksək nəticə göstərmiş 3 qız şahmatçı və 12 yaşadək şahmatçılar arasında ilk üç yeri tutan idmançılar müvafiq dərəcəli diplom və medalla təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.