SİYASƏT


Ahmet Yıldız: Türkiyə ilə Azərbaycan arasında koordinasiya yüksək səviyyədədir VİDEO

Strasburq, 26 yanvar, AZƏRTAC

Ermənistan yaranmış şansdan istifadə etməyi bacarmalıdır. Azərbaycanla dərhal razılığa gəlməli və keçmişdən danışmamalıdır. Rəsmi İrəvan Türkiyə, Azərbaycan və Gürcüstan ilə münasibətlərinə yenidən nəzər salaraq onları inkişaf etdirməlidir. Əvvəllər olduğu kimi, kin və nifrət dolu bəyanatlar Ermənistana kömək etməyəcək. Ermənistan nümayəndə heyəti AŞPA, eləcə də NATO Parlament Assambleyasının iclaslarındakı ritorikalarından əl çəkməli, Azərbaycanla dialoq quraraq barışıq üçün çalışmalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ahmet Yıldız bildirib.

A.Yıldız qeyd edib ki, Avropa Şurası yeni vəziyyətə, gerçəkliyə və qərarlarına diqqət yetirərək barışa dəstək verməli, Ermənistan nümayəndələrinin əsassız fikirlərini dəstəkləməməlidir.

Ölkələrimiz arasında münasibətlərə toxunan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında koordinasiya yüksək səviyyədədir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.