CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 8 oktyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 18 min manat vəsait köçürüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün Vətən savaşına qalxan Azərbaycan Ordusunun qısa müddət ərzində qazandığı uğurlar xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoyulacağına inamı daha da möhkəmləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları da bu vacib günlərdə ölkəmizin müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyi naminə mübarizədə Ordumuzun yanında olduğunu vurğulayır və müqəddəs məqsəd üçün bütün imkanlarını səfərbər etməyi vacib hesab edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.