CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “açıq qapı” günlərinin keçirilməsində əsas məqsəd psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə ailələrin maarifləndirilməsi, problemlərinin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsidir.

Açıq qapı” günlərinin Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdindəki Uşaq və Ailələrə Dəstək mərkəzlərinin, eləcə də İcma Resurs mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarda mütəmadi keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, növbəti “açıq qapı” günü 2021-ci il avqustun 5-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.